02.05.10
|
#1
|
Kıdemli Üye
Üye
Üyelik tarihi: Mar 2010
Nereden: Can Azerbaycandan
Mesajlar: 206
Rep Puani : 10
|
Şeyx Nizami Gəncəvi
Şeyx Nizami Gəncəvi 12 asr dühalarımızdan olub irfanlı nəsil silsilələrini yetişdirən məktəb yaratmış usdadımızdır.O, ENSİKLOPEDİK-(İlahiyyat,Təbiət elmləri,Hesab elmi,Sosial elmler ve sair kimi ilim sahalarinin bilginidir)-alimdir.
Azərbaycanın Gəncə şəhrində yaşamışdır.
Xəmsə-5 poema müəllifidir, çoxsaylı qezeller türk, fars, ereb dillerinde yazıb yaratmışdır.
5 divana bərabər 5 poeması bunlardır:
1-Sirler Hazinesi
2-Xosrov ve Şirin
3-Leyli ve Mecnun
4-Yeddi Gözel
5-İskendername
Şeyx Nizami Gəncəvi Əlişir Nəvai, Fizuli kimi çoxsayli ediblerin yaradıcılığına təsir göstermişdir.
Tanrının terifi(İskendernameden)
Ey tanrı, dünyaya sənsən padşah,
Biz kiçik bəndəyik, sən böyük Allah.
Tək sənə sığınır hər yüksək, alçaq,
Hər varlıq yoxluqdur, sən varsan ancaq.
Yuxarı, aşağı - hər gözə çarpan
Nə varsa, onları sənsən yaradan.
Sənsən hər biliyi bizə öyrədən,
Torpağın köksündə qələm işlədən.
Sənin varlığına tapınca bürhan,
Ağıl ilk inandı sənə, yaradan.
Sən ağlın gözünü işıqlandırdın,
Sən doğru yollarda çıraq yandırdın.
Göyləri sən qurdun, ucaltdın, allah,
Ona yer üzünü etdin güzərgah.
Sənsən bu aləmdə bir damcı sudan
Günəşdən işıqlı gövhər yaradan.
Gövhəri lütfünlə etdin aşikar,
Sərrafın əlinə sən verdin açar.
Daşların bağrına düzdün gövhəri,
Rənglərlə boyadın hər bir cövhəri.
Buludlar yağdırmaz, sən deməsən: "Yağ!"
Sən "bitir!" deməsən, bitirməz torpaq.
Özün də kimsədən kömək almadan
Yaratdın nə gözəl, səfalı cahan.
İstidən, soyuqdan, qurudan, yaşdan
Yoğurub yaratdın gözəl bir cahan.
Nə gözəl naxışlar vurdun xilqətə,
Ağıllar heyrandır bu məharətə.
Ve yahud başqa birisi
İnci tek saflığı varsa da suda,
Çox içilende zarar verer o da
-kimi tibbi notlar daşıdığı kimi Ümümdünya Cazibe Qanunu,
Dünyanın yaranışı, hereket, deyişkenik kimi çoxlu qanunları özünemahsus şekilde tasvir etmişdir.
|
Sponsor Reklamlar
|
Konu Ismin tarafından (04.05.10 Saat 11:44 ) değiştirilmiştir.
|
|
Alinti
|