Azəri edebiyyatı.
Türk tarixi -Azəri tarixi-eslinde bele bir tarix yoxdur Çünki tarix millete mensupdur Azərbaycan helelik yer adıdır.
Türk musiqisi-Azərilerde.
Azərbaycanda kültür.
Saysız hesabsız dühalar yetiren odlar yurdunun bezi ana sütünlarından behs edecem İnşallah.
Sizler de ara sira ayrı bir kültürden behs etmediyimi anlayacaq ve istiliyi hiss edeceksiniz.
Deyerli canlar!
Daha qədimə gedemmirem helelik Şəms Təbrizi ile başlayacam
Şəms Təbrizi
O zat Mevlananı yetişdiren dühadır.1000-lerce Şems den bir Şemsdir-menasi güneş demekdir
"Məqalətden seçmeler"
(«Məqalat»dan seçmələr)
“Hər bir hekayətin məğzi var və hekayəti həmin o
məğzinə görə danışırlar,baş qatmaq üçün yox!..
Hekayətin məqsədi məlalətdən qurtulmaq deyil,
cəhalətdən qurtulmaqdır!” (Şəms Təbrizi)
Birisi xəzinə kağızı tapmışdı. Orada yazılmışdı ki, filan darvazadan çıxarsan, bir gümbəz görəcəksən, arxanı o gümbəzə çevirib üzünü qibləyə tutarsan və bir ox atarsan; ox hara düşsə, xəzinə oradadır. Elə də etdi - getdi, oxu atdı, amma nə qədər axtardısa, heç nə tapmadı. Xəbər gedib padşaha çatdı. O,güclü oxatanlar göndərdi - bir nəticə hasil olmadı. Həmən şəxs üzünü Tanrı dərgahına tutdu. Səda gəldi: «Biz deməmişik ki, kamanı çək!» Təzədən o yerə qayıtdı, oxu kamana qoydu, kamanı çəkmədi - ox qarşısındaca yerə düşdü. Elə ki, ilahi inayət yetişdi, iki addım atdı və [məqsədinə] çatdı.1
~~~
Birisi balıqdan danışırdı. Başqa birisi ona dedi: “Sus, sən nə bilirsən ki, balıq nədir?! Bilmədiyin şeydən niyə danışırsan?” Söylədi: “Mən bilmirəm balıq nədir?” Dedi: “Bəli. Əgər bilirsənsə, balığın əlamətini de!” Söylədi: “Balığın əlaməti odur ki, dəvə kimi iki buynuzu var”. Dedi: “Əcəbdir! Mən bilirdim ki, sən balığı tanımırsan və indi bunu təsdiq elədin. Amma bir şey də mənə məlum oldu ki, sən heç öküzlə dəvənin fərqini də bilmirsənmiş!”
İbrahim Ədhəm2 Bəlxdəki hökmdarlığını tərk etməzdən qabaq çoxlu mal və pul paylayar, ibadətlə məşğul olardı. Və deyərdi ki, daha nə edim?! Nədirsə, ilahi lütf mənə yetişmir. Bir gecə taxtında yatmışdı. Yatmışdı, amma oyaq idi. Keşikçilər o yan-bu yana gedir, təbil və şeypur çalır, qışqırışırdılar. O isə öz-özünə deyirdi: “Siz hansı düşmənin qarşısını kəsibsiniz?! Düşmən mənim yanımda yatıb! Mən Allahın mərhəmət nəzərinə möhtacam. Siz mənim təhlükəsizliyimi necə təmin edə bilərsiniz?! Təhlükəsizlik yalnız Onun lütfünün sığınacağındadır!” Bu düşüncələr içərisində ürəyini sevda bürüyürdü, başını balışdan qaldırır, sonra yenə balışa qoyurdu. Aşiq olanı yuxu apararmı?!
Birdən qəsrin damından hay-küy və bərk addım səsləri eşitdi. Deyəsən, bir dəstə adam o yan-bu yana gedirdi, ayaqlarının səsi aydınca eşidilirdi. Şah öz-özünə dedi: “Bu gözətçilər hara getdi? Görmürlər ki, bunlar mənim qəsrimin damında qaçışırlar?!” Beləcə o, addım səslərindən heyrətə və qorxuya düşdü. Özünü o qədər itirdi ki, qışqırıb mühafizəçiləri xəbərdar edə bilmədi. Bu arada bir nəfər damdan aşağı boylanıb dedi: “Sən bu taxtda nə edirsən?” Söylədi: “Mən şaham, bəs siz bu damda nə edirsiniz?” Həmən şəxs cavab verdi: “Biz iki-üç dəstə dəvə itirmişik, bu qəsrin damında onları axtarırıq.” Şah dedi: “Dəlisən?” Söylədi: “Dəli özünsən!” Dedi: “Dəvəni qəsrin damında itirmisən? Burda axtararlar dəvəni?!” Söylədi: “Bəs Allahı hökmranlıq taxtında axtararlar? Burda axtarırsan Allahı?!”
Bu hadisədən sonra heç kəs onu görmədi, hökmdarlığı buraxıb getdi…
~~~
Bir gün Harun ər-Rəşid3 dedi: “Bu Leylini gətirin görüm, Məcnun niyə onun eşqindən aləmə səs salıb və məşriqdən məğribəcən bütün aşiqlər nə üçün onun eşqinin hekayətini özlərinə nümunə seçiblər. Çoxlu xərc çəkib min bir hiylə işlədib Leylini gətirdilər. Gecə xəlifə onun yanına getdi. Şamlar yanırdı. Xəlifə bir müddət onun üzünə baxdı, bir müddət başını aşağı dikib düşündü. Sonra öz-özünə dedi ki, qoy onu danışdırım, bəlkə danışanda cazibəsi üzündə aşkar ola. Üzünü Leyliyə tutub dedi: «Leyli sənsən?» Söylədi: «Bəli, Leyli mənəm, amma Məcnun sən deyilsən! Məcnunun başında olan göz sənin başında yoxdur…Mənə Məcnunun gözü ilə bax! Məşuqa aşiqin gözü ilə baxarlar»
~~~
Birisi başqa birisinə hind qılıncı gətirib dedi: “Bu, hind qılıncıdır!” Soruşdu: “Hind qılıncı necə olur?” Dedi: “Onu nəyə vursan, ikiyə bölür.” Söylədi: “Gəl bu daşda onu sınayaq!” Qılıncı sıyırıb daşa vurdu. Qılınc ikiyə bölündü. Söylədi: “Bəs sən deyirdin ki, hind qılıncını nəyə vursan, ikiyə bölür?!” Dedi: “Bəli, amma görünür, qılınc hind qılıncı olduğu kimi, daş da hind daşı imiş, özü də ondan daha artıq!”
~~~
Birisi dəlləyin yanına gəlib dedi ki, saqqalımdakı ağ tükləri seç, təmizlə! Dəllək baxıb gördü ki, ağ tük çoxdur. Saqqalı birdəfəlik qayçı ilə kəsib müştəriyə verdi və dedi: “Özün seç, mənim işim var!”
|
Sponsor Reklamlar
|